Bağ salma
00:38, 29 yanvar 2021
573
1

Böyümə xarakterinə görə müxtəlif bioloji formaların ayrılması.


Meyvə bitkiləri müxtəlif təbii böyümə xarakterinə görə olduqlarından onları aşağıdakı qruplara ayırırlar:

1. Ağac bitkisi – yerüstü hissəsi bir ədəd odunlaşmış gövdədən ibarət, ştamb hissəsində budaq olmayan uzun ömürlü bitkilərə deyilir. Alma, armud , qoz, şabalıd, gilas, ərik və s. bitkilər  bu qrupa aiddirlər. 

2. Kol tipli ağac bitkisi – yerüstü hissəsi bir neçə ədəd odunlaşmış gövdəyə və ümumi kök sisteminə malik bitkilərdir. Fındıq, nar, zoğal, feyxoa, limon, incir və s. belə xarakterli bitkilər bu qrupa aiddir.

3. Kol bitkiləri – bir neçə ədəd odunlaşmış gövdəsi birbaşa torpaq altından çıxan gödək boylu bitkilərdir. Hər bir gövdə sərbəst kökə malik olduğundan, onları koldan aralayıb, sərbəst bitki kimi istifadə etmək olur. Alma və albalının kol tipli formaları, qarağat, firəng, üzümü bu qrupa aiddi.

4. Yarımkol bitkiləri – torpaq altından çıxan bir neçə yarıodunlaşmış gövdəyə malik gödək boylu bitkilərdir. Kol bitkisindən fərqli olaraq gövdənin sonu uzun müddət boy atdığından odunlaşmır  və ot tipli qalır. Moruq və böyürtkən bu qrupun nümayəndələridir.

5. Ottipli bitkilər – yerüstü hissəsi odunlaşmayaraq, ottipli olan bitkilərdir. Çiyələk , ananas, banan bu qəbilədəndir .
 
6. Sarmaşan, ilan bitkilər - sərbəst böyümək imkanına malik olmadığından, bığçıq və ya  gövdəsi ilə müxtəlif dayaqlara sarmaşaraq böyüyən bitkilərə deyilir. Buraya üzüm və aktinidiya (kivi) aid edilir.

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (1)