Qarpız
08:23, 15 fevral 2021
818
0

Qarpız bitkisisn təsviri


Qarpız çox qədim bostan bitkisi və qiymətli ərzaq məhsuludur. Tərkibində dəmirin miqdarına görə kahı və ispanaqdan sonra üçüncü yeri tutur .Qarpız meyvəsində 8-12% şəkər vardır ki, o da əsasən qlükoza və fruktorazadan ibarətdir. Qarpız meyvəsi bir çox xəstəliklərin, o cümlədən qanazlığı, hemoqlobin çatışmazlığı, ürək-damar sistemi, böyrək, qara ciyər xəstəlikləri, avitominoz xəstəliyinin müalicəsində əvəzsiz əhəmiyyətə malikdir. Qarpız bitkisinin müxtəlif hissələrindən hazırlanmış şirələr, məlhəmlər, meyvə balı, cem , şoraba mədə-bağırsaq sisteminin fəaliyyətinin yaxşılaşdırılmasında, böyrək və qara ciyərin fəaliyyətinin tənzimlənməsində, görmə qabiliyyətinin bərpasında, piylənmənin qarşısının alınmasında, yorğunluq və əsəbiliyin aradan qaldırılmasında geniş istifadə olunur.Qarpız çürüntülü, yüngül, qumsal, xam torpaqlarda daha yaxşı məhsul verir. Qarpız qida maddələrinə orta səviyyədə tələbkardır ve fosfora olan təlabatı yüksəkdir.Qarpiz işığa çox tələbkardır.

Qarpız bitkisində olan xəstəliklər  aşağıdakılardi :

Antraknoz – xəstəliyi göbələləkler əmələ gətirir.Onlar yarpaqlarda yayılmış sarı və qonur ləkələr şəklində əmələ gəlir. Daha sonra xəstəlik bitkinin meyvəsine kecerək orda qara rəngli yaralar əmələ gəlir.

Bundan bâşqa qarpız bitkisində Fuzarium yəni kök çürüməsi xəstəliyi də geniş yayılmışdır. Bu göbələk xəstəliyinin yoluxmasına səbəb yüksək temperatur müxtəlifliyi, nəmlik, torpağın bol suvarılmasıdır.Bundan başqa qarpız bitkisində unlu şeh ve ağ çürümə xestelikleri  bitkiyə yoluxa ve ziyan vura bilir. Bu xəstəliklərə qarşı düzgün vaxtında mübarizə aparmaq lazımdır.



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)