Şərq xirniyi
Şərq xirniyi bağlarında mövcud olan real problemlər

Azərbaycanda yetişdirilən subtropik meyvə bitkiləri arasında ixrac əhəmiyyətinə görə, Şərq xirniyi görkəmli yer tutur. Şərq xirniyi həm təzə halda, həm də qurudulmuş şəkildə istifadə olunur. Bundan başqa da qənnadı sənayəsində geniş istifadə olunur.
Şərq xirniyi subtropik bitkilərin ən qiymətli nümayəndəsi hesab olunur. Dünyanın bir sıra ölkələrinə hər il ixrac olunmaqdadır. Ölkəmizə ən çox valyuta gətirən məhsullar sırasının həmişə ön cərgələrdədir.
Azərbaycanın demək olar ki, bütün bölglələrində Şərq xirniyi bağları yerləşməkdədir və son illərdə Abşeron yarımadasında da Şərq xirniyi bağları salınıb.
Əfsuslar olsun ki son illərdə Azərbaycanın bütün bölgələrində Şərq xirniyi bağlarını çox sayda xəstəliklər və zərərvericilər siraət edib. Bu da məhsuldarlığın aşağı düşməsinə öz təsirini göstərir. Bəzi bağlarda ağacların məhv olmasına gətirib çıxarır.




Şərq xirniyi bağların sahiblərini ən çox narahat edən məsələlərdən bir neçəsi aşağıdakılardır:
- Meyvələrin tökülməsi (həm yazda,həm də payızda)
- Boz çürümə xəstəliyi
- Yarpaqlarda qaraləkəlik (torluq)
- Budaqların quruması
- Yaponiya yalançı çanaqlı mumlu yastıca
- Gənələr
- Sitrus ağqanadlısı
Yuxarıda sadalanan xəstəlik və zərərvericilər Şərq xirniyi bağlarında uzun müddət siraət etdikdə,hər ildən ilə həm məhsuldarlığı, həm meyvələrin keyfiyyətini aşağı salır həm də bağların quruyub məhv olmasına səbəb olur.
Şərq xirniyi bağların sahiblərinə qarşılaşdıqları bütün problemləri həll etməyə və məhsuldarlığı artırmağa kömək etməyə, mütəxəssislərimiz bir BAM komandası olaraq hər zaman hazırdı.



Mövzu linkləri:
Həmçinin oxuyun:

Sitrus bağlarında əsas problemlər

Nümünəvi fındıq bağları

Portağal bitkisinin təsviri

Çiyələk bitkisində boz çürümə xəstəliyi

Çiyələk bitkisində boz çürümə xəstəliyi

Böyümə xarakterinə görə müxtəlif bioloji formaların ayrılması.

Narıngi bitkisinin təsviri

Alma və armud ağaclarının budanması

Xiyarda boz çürümə

Nar bitkisinin təsviri

Fındıq bitkisinin təsviri

Alma bitkisinin təsviri