Məqalə / Bağ salma
00:19, 15 fevral 2021
1 503
0

Nümünəvi fındıq bağları


Azərbaycanda iqtisadi rayonlar arasında Şəki-Zaqatala iqtisadi rayonu Fındıq istehsalının 73%-ni təşkil edir. Son 15 il ərzində Azərbaycan ərazisində fındıq bağları 13.500 hektar artaraq 35.800 hektara çatmış, hektardan orta məhsuldarlıq isə 20% azalaraq 12 sentner təşkil etmişdir. 


Məhsuldarlığın aşağı düşməsinin səbəblərindən birincisi Fındıqçı fermerlərin bağlarında Aqrotexniki və Kimyəvi mühafizə tədbirlərinin vaxti-vaxtında mütamadi aparılmaması və gübrələmənin düzgün, vaxtında təşkil olunmamasıdır. Bu illər ərzində ən yüksək göstərici Şəki-Zaqatala bölgəsində müşahidə olunmuşdur. Buna əyani  olaraq nümünəvi Fındıq bağından olan görüntülərə baxmaq kifayətdir.


Beş il əvvəl mütəxəssislərimizin məsləhəti ilə Fındıq bağlarına düzgün Aqrotexniki qulluq etməyə başlayan ilk fermerlərdən biri Qax rayon Turaclı kənd sakini Hüseyn bəy Tarverdiyev olmuşdur. Son beş il ərzində Hüseyn bəy öz fındıq bağlarında məqsədyönlü və planlı şəkildə apardığı tədbirlər nəticəsində həm bağın görkəmini dəyişdirmişdi, həm də məhsuldarlığı iki dəfə artıra bilmişdir.

Hüseyn bəy Tarverdiyev həmçinin keyfiyyətli  Fındıq tinglərinin yetişdirilməsi və yeni Fındıq bağlarının salınması ilə də məşğuldur.


Fındıq bitkisinin meyvəsi, yağı, qabığı və yarpaqlarından müxtəlif sahələrdə istifadə edilməsinə görə ölkəmiz üçün çox əhəmiyyətli iqtisadi dəyəri olan kənd təsərrüfatı məhsuludur. Ölkəmizə ən çox valyuta gətirən ilk üçlükdə olan ixrac məhsullardan biridir.

 Azərbaycanımızın iqtisadi inkişafı naminə   Fındıq bağlarına düzgün  Aqrotexniki qaydada qulluq edib,  məhsuldarlığı iki-üç dəfə artırmaq istəyi olan bütün Fındıqçı fermerlərə kömək etməyə bir BAM komandası olaraq mütəxəssislərimiz hər zaman hazırdir.



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)