Feyxoa
01:36, 07 fevral 2021
811
0

Feyxoa bitkisinin təsviri


Feyxoa bitkisi mərsinçiçəkçilər (Mirtacea Juss.) fəsiləsinə Feijoa Berg cinsinə aiddir. Bu cinsin 3 növü mövcuddur. Onlardan yalniz biri-F.sellowiana Berg. növü  mədəni halda becərilir..

Qışda yarpaqlarını tökməyən, 3 m hündürlüyə qədər kol bitkisidir. Çətri yığcam və sıxdır. Yarpaqları boz gümüşü rəngli, oval formalı, tüklü və uc hissəsi kütdür. Zoğ üzərində qabaq-qabağa yerləşir. Çiçəkləri iri ( 4-5 sm enində ), dördləçəkli və gözəl görkəmli olub, tək-tək və qruplarla (3-5 ədəd) yerləşir. Ləçəkləri çöldən ağ rəngli, içəridən tünd-çəhrayı və ya qırmızı-bənövşəyi rənglidir. Çiçəkləri ikicinsiyyətlidir. Meyvəsi giləmeyvədir. Müxtəlif irilikdə (15-25 q-dan 120q-a qədər ) olur. Meyvələri uzunsov ovalvari və yumru formada, tünd yaşıl rənglidir. Meyvə ləti ağımtıl-sarı rəngli, şirəli olub çiyələk tamlıdır.

Kök sistemi geniş və saçaqlıdır, səthidə yerləşir, yerüstü hissəsinin diametrindən iki dəfə çox sahə tutur.

Feyxoa mart ayından vegetasiyaya başlayır və mayın sonu, iyunun əvvəllərində çiçəkləyir. Çiçəkləmə 30 gün davam edir. Çiçəklər birillik zoğun yarpaq qoltuğunda yerləşir. Öz-özünə tozlanır. Lakin çarpaz tozlanma zamanı məhsuldarlıq yüksək olur. Toxumla artırılan bitkilər 5, vegetativ yolla artırılan bitkilər isə 2ildən sonra məhsul verir.

Feyxoanın geniş yayılmış bir sıra sortları və formaları mövcuddur. Onlardan ölkəmizdə daha geniş becərilənləri Nikitskiy, Pervenets, Svetlıy, Bugristıy, Krunoplodnıy , Ranniy aromatnıy və d. sortlardır. 

Feyxoa əsasən toxumla çoxaldılır.

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)