Armud
00:36, 06 fevral 2021
584
0

Armud bitkisinin təsviri


Armud (Pyrus L.) cinsinin 60 növü məlumdur. Onlar Yer kürəsinin şimal yarımkürəsində yayılmışlar. 

20-25 m  qədər  hündürlükdə geniş ehram formalı ağacdır. Zoğları , tumurcuqları və yarpaqları çılpaq, bəzən isə seyrək tüklüdür. Çiçək topası sipər tipli olub 6-9 ədəd çiçəkdən ibarətdir. Çiçəkləri iri, ağ ləçəklidir. Sortlardan asılı olaraq meyvələri müxtəlif formalı və keyfiyyətli olur. Kök sistemi yığcam və dərinə işləyəndir. Armud calaqla artırılır. Calaqaltı kimi armud, heyva və əzgil toxmacarından istifadə edilir. İntensiv bağçılıqla klon calaqaltılarından daha geniş istifadə olunur.

 Klon calaqaltı kimi adi heyvadan,  Anjer heyvasından (A), Provan heyvasından , C tipli və BA29 (C29-1) hibridindən istifadə edilir.



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)