Pomidor / İstixana Pomidor
Amerika ağ kəpənəyi
Amerika Ağ Kəpənəyi əsasən Pomidor bitkisinə ciddi ziyan vuran zərərvericilərdən olub ölkəmizdədə geniş yayılmışdır.Ağ kəpənək də digər həşəratlar kimi bitkilərə müəyyən vegetasiya dövründə bitkilərin ayrı-ayrı hissələrinə ziyan vururlar.Süfrələri bitkiyə əsasəndə yarpağına və meyvəsinə ciddi ziyan vuraraq,yarpağın fotosintez qabiliyyətini asağı salır və yarpaq damarlarını zədələyir ki, bu da bitkidə əsas lazım olan maddələr mübadiləsini pozur.
Ağ kəpənəyin ən geniş yayılmış növlərindən biri də Kələm Kəpənəyidirki kələm və digər tərəvəz bitkilərinə zərər vururlar.Digər kəpənək növləri kimi ağ kəpənək də 4 mərhələdə formalaşır.Ağ kəpənək çoxlu sayda yumurta qoymağa malikdir ki,əsasən yumurtalarını yarpağın alt tərəfinə qoyurlar.Yumurtadan çıxan süfrələr əvvəl bitkinin yarpağı ilə sonra isə meyvəsinə hücum edir ki,bu da meyvədə deşiklərin əmələ gəlməsinə,meyvənin ləkələnməsinə və çürüməsinə səbəb olur.
Ağ kəpənək havanın isti vaxtlarinda güclü çoxalıb inkişaf edir.Qışlamış nəslin ilk fərdlərinin pupdan çıxması may ayının ,yay nəslinin uçması isə iyulun əvvəllərində bas verir .Havanın tempraturu 13 dərəcə C – dən aşağı düşdükdə kəpənəklərin pupdan uçmasi dayanır.Ağ kəpənək ölkəmizdə 2 nəsil verir .Zərərvericiyə qalın bitki örtüklü meşələrdə və sıx ağaclıqlarda rast gəlinmir.230-a qədər ağac-kol və ot bitkiləri ilə qidalanır.Polifaq həşəratının ikinci nəsli daha ziyanlıdır.Amerika ağ kəpənəyinin tırtırları tərəfindən yarpaqların yeyilməsi bitkilərin zəifləməsinə,çoxsaylı zədələnmələr nəticəsində isə məhv olmasına səbəb olur.
Mübarizə tədbirləri
Amerika ağ kəpənəyinin yayıldığı ərazilərdə qidalandığı bitkilər üzərində hər nəslin inkişafı dövründə üç dəfə (7 gündən bir ) başdan –başa,dərmanlama aparmağ lazımdır. Bu kəpənəyə qarşı pestisidlərdən və bioloji preparatların hər hansı biri ilə mübarizə aparmaq mümkündür.Zərərvericinin hər nəslinə qarşı insektisidərə həssas kiçik yaşlı tırtılların kütləvi əmələ gəlməsi dövründə dərmanlama aparmaq ,daha səmərəlidir.Ağ kəpənək əleyhinə aqrotexniki,mexaniki,bioloji və kimyəvi mübarizə üsullarından sistemli şəkildə istifadə etməklə,yüksək səmərə əldə etmək olar.
Yaponyanın Nihon-Nohyaku şirkətinin son texnologiya ilə istehsal etdiyi Applaud (Buprofezin 250gr/l) preperatı ovosid təsirə də malik olduğuna görə, Ağ kəpənəyin özünü və yumurtalarını məhv edir. Bu da öz növbəsində dərmanlamaların sayını azaldır və mübarizə tədbirlərinin effektivliyini artırır.
Mövzu linkləri: