Gilas
00:48, 29 yanvar 2021
710
0

Gilas bitkisinin təsviri


Gilas, gülçiçəklilər (Rosaceae) fəsiləsinə aid olub, cinsi adı Cerasus avium (L.) Moench –dir. 

Hündür boylu (10-15), gözəl qamətli, dağınıq çətirli ağacdır. Skelet budaqlar 3-4 ədəd olmaqla, gövdə üzərində müəyyən məsafələrlə qrup halınla yerləşərək təbii mərtəblilik yaradır. Yarpaqları iri, tərs-yumurtavari formalı, kənarları dişlidir. Məhsul birillik boy artımları çoxillik dəstə meyvə budaqcığında formalaşır. Çiçək  topası çətir tipli, çiçəkləri iri, ləçəyi ağ və ya çəhrayı rənglidir. Meyvənin diametri  1,5 sm-ə qədər olur. Sort xüsusiyyətindən asılı olaraq meyvə ağ, sarı, çəhrayı, qırmızı, qara rəngdə olur. Ləti zərif, şirəli və şirindir.



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)