Məqalə / Dənlik
02:12, 21 oktyabr 2022
389
1

Rekordçu Fermer Teyyub Abdullayev


Sizlərə 2022-ci ildə, “Pioneer” şirkətinin istehsalı olan P1570 hibrid qarğıdalı toxumu vasitəsi ilə Dən qarğıdalı istehsalı üzrə ən yüksək məhsuldarlıq əldə etdiyinə görə “High Result” müsabiqəsinin qalibi müəyyən olunmuş Qarabağ bölgəsindən olan fermerimiz Teyyub Abdullayevi təqdim edirik. Teyyub müəllim bu il birinci dəfədir ki, dən qardiğalı istehsal edib və ilk dəfə qarğıdalı sahəsində damlama suvarma sistemi tətbiq edərək hektardan 17,2 ton dən qarğıdalı əldə etmiş və Ergi zonasında rekorda imza atmışdır. 

Bir məlumatı da nəzərinizə çatdiraq ki, Teyyub müəllim bir neçə illdir Ergi zonasında payızlıq Soğan istehsalı ilə məşğuldur və
Azərbaycanda yeganə fermerdir ki, Bejo Zaden şirkətinin toxumları vasitəsi ilə bir hektar sahədən 139 ton soğan əldə etmişdir.

Fermerimizin belə yüksək nəticələr əldə etməsinin əsas səbəbləri,  aqrotexniki qulluğu vaxtı-vaxtında etməsi və toxum seçiminin düzgün olmasıdır. Teyyub müəllimi təbrik edirik və ona kənd təsərrüfatının bir çox istehsal sahələrində yüksək nəticələr əldə edilməsini arzulayırıq.



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (1)