Yeni texnoloji suvarma sistemləri
Damcılı suvarma sistemi
Damcılı suvarma sistemi
Damcılı suvarma – elə bir suvarma metdodudur ki, bu zaman su damcılı dozator vasitəsi ilə kiçik hissələrə tənzimlənərək bitkinin birbaşa kök nahiyyəsinə verilir.
Bu gün üçün kənd təsərrufatı sahələrinin ən effektiv suvarılması metodu sayılır.
Damcılı suvarma torpaqüstu və torpaqaltı olur.
1) Torpaqüstü damcılı suvarma sistemi öz növbəsində çoxillik və birdəfəlik sistemə bölünür
Torpaqüstü damcılı suvarmanın başqa suvarma növləri ilə müqayisədə üstünlükləri:
- Suyun birbaşa bitkinin kökü nahiyyəsinə verilməsi hesabına 20-30% qədər sərfiyyatına qənaət olunur.
- Gübrələrin bitkinin birbaşa kök nahiyyəsinə verilmə imkanı.
- Enerji sərfiyyatının 20-30% azalması.
Bütün sahələrdə suyun və gübrənin bərabər verilməsi.
- Çətin reylyefə malik olan sahələrdə sistemin istifadı imkanı.
- Suvarma zamanı kənd təsərrufat işlərinin görülməsi imkanı.
- Torpağın duzlaşmasının azalması.
- Eroziyanın olmaması və bitkinin kök sisteminin inkişaf etməsi üçün əlverişlı şəraitin yaranması.
2) Torpağaltı damcılı suvarma:
Torpağaltı damcılı suvarmada - torpağın üzərində yerləşən kran qruppları və filtr stansiyasından başqa bütün əlaqə sistemləri torpağın altında yerləşir.
Torpağaltı sistemin fərqlənirici xüsusiyyəti drenaj kollektorları və nəzarət filtrlərinin olmasdır.
*Borular 30-40 sm dərinlikdə yerlışdirilir
*Gübrələr birbaşa bitkinin kök nahiyyəsinə verilir
*Torpaqda nəmin bərabər yayılması
Torpağaltı damcılı suvarmanın üstünlükləri
İstismar:
- Damcılı borunun 30-40 sm dərinlikdə yerləşməsi torpaqla hər növ işlərin aparılmasına şərait yaradır
- Hər il qısa müddət içində işə salınması
- Sahəyə çıxışının ilk günlərindən işə hazır vəziyyətdə olması.
- Demontaj və ya qış dövrü üçün saxlama tələb etmir.
Xərclər:
- Torpaq üstü damcılı sulama ilə müqayisədə elektrik-enerjinin 20-30% qənaəti.
- Torpaq üstü damcılı sulama ilə müqayisədə suyun 30% -dək qənaəti.,
- Torpaq üstü damcılı sulama ilə müqayisədə verilən gübrənin 30%-dək qənaəti.
- Əl əməyinin sərfiyyatının azalması.
Digər:
- Xarici amillərin minimal təsiri.
- Məhsul yaxşı satış görkəmində olur.
- Alaqların azalması
Mövzu linkləri:
Həmçinin oxuyun:
Portağal bitkisinin təsviri
Pomidorda Boz çürümə xəstəliyi
Amerika ağ kəpənəyi
Tuta absoluta və onunla effektiv mübarizə
Nar bitkisinin təsviri
Böyümə xarakterinə görə müxtəlif bioloji formaların ayrılması.
Narıngi bitkisinin təsviri
Alma və armud ağaclarının budanması
Fındıq bitkisinin təsviri
Şərq xirniyi bitkisinin təsviri
Qoz bitkisinin təsviri
Xiyarda boz çürümə