Şərq xirniyi
Şərq xirniyi bitkisinin təsviri
Xirnik (Diospyros L.), ebenkimilər (Ebenaceae Vent.) fəsiləsinə daxil olub 200-ə qədər növü birləşdirir.Bu növlərdən çox az bir qismi subtropik bölgələrdə yayılmışdır.
Bunlar şərq xirniyi, virgin xirniyi, çin xirniyi,texas xirniyi, mavrikiya xirniyi,formozo xirniyi, marsi xirniyi və d.-dir.
Ölkəmizdə bunlardan meyvə bitkisi kimi əsasən şərq xirniyi, qafqaz, virgin və çin xirniyi növləri qismən meyvə bitki və calaqaltı kimi becərilir.
Şərq xirniyi (D.Kaki L.) uca (15 sm və daha artıq), boylu, geniş çətirli, uzun ömürlü, qışda yarpaqlarını tökən ağac bitkisidir.Gövdəsi boz-qəhvəyi rəngli,düz və sıx budaqlıdır.Yaşlı ağaclarda gövdə qabığı codurlu, uzununa partlamış olur. Budaqları boz rəngli, hamar, zoğları yaşıl rəngli,zəif tüklü, tikansızdır.Yarpaqları iri, sadə ayalı, tünd yaşıl rəngli, kənarları bütöv, alt hissəsi xırda tüklü, açıq yaşıl rənglidir.Yarpaq saplağı qalın və xırda tüklüdür.
Bitki əsasən ikievlidir. Bəzi sortları isə birevlidir. Çiçəkləri üç tipdə -erkək, dişi və ikicinsiyyətli olur. Erkək çiçəklərin üçü bir yerdə bəzən tək-tək yerləşir.
Meyvəsi giləmeyvədir. Onlar zoğun aşağı hissəsində formalaşır. Kök sistemi səthidə yerləşən saçaqlıdır.Toxum və calaqaltı ilə artırılır.
Sortları çoxdur. Onlar çiçəklənməsinə görə üç qrupa ayrılır.
-daimi dişicikli
-daimi erkəkcikli
-seyrək erkəcikli sortlar
Sortlar üzrə meyvələr, mayalanmadan asılı olaraq dəyişə bilir. Xirnik sortları bu göstəriciyə görə üç qrupa ayrılır:
1.Konstant və ya taninli sortlar – tam yetişənə qədər büzüşdürücülüyünü itirmir (Xaçia, Kostata, Tamopan, Qoşo və s.).
2.Daimi taninsiz sortlar - bütün dövrlərdə taninsiz olduğundan büzüşdürücü olmur (Çinebuli, Jiro, Fuyyo, XX əsr, Meotse-Saukune, Maşirazu və d.)
3.Dəyişkən və ya aralıq sortlar – meyvədə toxum olduqda taninsiz, toxumsuz meyvələr taninli olur (Xiakume, Zənci- maru, Tsuri-Noko, Qeyli, Kuro-Kumo, Yemon, Qoşo-Qaki, Yeddo-içi və d.)
Mövzu linkləri:
Həmçinin oxuyun:
Fındıq bitkisinin təsviri
Nar bitkisinin təsviri
Qoz bitkisinin təsviri
Amerika ağ kəpənəyi
Feyxoa bitkisinin təsviri
Böyümə xarakterinə görə müxtəlif bioloji formaların ayrılması.
Alma və armud ağaclarının budanması
Şabalıd bitkiinin təsviri
Badam bitkisinin təsviri
Ərik bitkisinin təsviri
Zoğal bitkisinin təsviri
Şaftalı bitkisinin təsviri