Badam
Badam bitkisinin təsviri

Badam (AmygdaluS L.) gülçiçəklilər ( Rosaceae Juss.) fəsiləsinə daxildir. 45 növü məlumdur. Bunlardan meyvə bitkisi daha böyük əhəmiyyət kəsb edəni adi badamdır.
Adi badam (A.communis L.) 6-10 m hündürlükdə müxtəlif formalı çətrə malik ağacdır. Gövdəsi cadar, bozumtul-qara rəngli, budaqları boz rəngli, zoğları hamar, nazik, açıq yaşıl rənglidir.Yarpaqları ensiz,uzunsov-oval və lansetvari formalıdır. Açıq yaşıl rəngli olub zoğ üzərində tək-tək yerləşir.Vegetativ tumurcuqları sivri, generativ tumurcuqları girdə və xırda tüklüdür. Meyvəsi yumurta formali, yanlardan batıqdır. Qərzəyi boz-yaşıl rəngli, qayış kimi bərkdir. Yetişdikcə partlayır. Çəyirdək qabığının qalınlığına görə daş badam və kağız badam, ləpənin dadına görə isə şirin badam və acı badam formaları ayrılır.
Kök sistemi güclü inkişaf edərək geniş və dərinə işləyəndir. Saçaqlı kökləri az olur.
Badam toxum və göz calağı ilə artırılır.Sortları çoxdur. Respublikamızda daha çox Nek plus ultra, Nikitskiy-62, Nonparel, Kağız qabıq sortları becərilir.
Mövzu linkləri:
Həmçinin oxuyun:

Amerika ağ kəpənəyi

Alma və armud ağaclarının budanması

Qoz bitkisinin təsviri

Pomidorda Boz çürümə xəstəliyi

Böyümə xarakterinə görə müxtəlif bioloji formaların ayrılması.

Zoğal bitkisinin təsviri

Şaftalı bitkisinin təsviri

Armud bitkisinin təsviri

Ərik bitkisinin təsviri

Heyva bitkisinin təsviri

Tuta absoluta və onunla effektiv mübarizə

Gavalı bitkisinin təsviri