İstixana Badımcan
08:20, 15 fevral 2021
1 181
0

Badımcan bitkisi təsviri


Badımcan istisevən birillik bitkidir. Əsasən Moldaviyada, Orta Asiya və Zaqafqaziya respublikalarında becərilir. Badımcan quruluşuna görə iri meyvə olub, qabıqla örtülmüşdür. Daxilində qalın ətli hissəsi və çoxlu toxumu vardır.Yetişməsinə görə tezyetişən (120 günə), ortayetişən (120-140 günə) və gecyetişən (140 gündən çox) sortları olur. Açıq bənövşəyi və ya tünd bənövşəyi rəngdə olur. 

Badımcan bitkisi birillik olub, kök sistemi güclüdür, əsasən, torpağın üst səthində yerləşir. Badımcan bitkisini münbit  qida maddələri  ilə zəngin olan torpaqlara ekmək lazımdır.Badımcan bitkisi azot və kalium gübrəsinə daha çox tələbkardır.Torpaqda azot çatışmadıqda badımcan bitkisi yaxşı inkişaf edə bilmir.Digər bitkilərdə olduğu kimi badımcan bitkisində də bir çox xəstəlikleri və zərərverici həşaratlar ziyan vurur və məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Badımcan  bitkisinin əsas xəstəlikləri  fuzarioz və makrosporioz göbələk törədiciləridir. Bu xəstəliklərin törədiciləri  torpaqda olduğu üçün şitil yetişdirilən istixanaların torpaqlarını dəyişmək lazımdır. Bu problem xüsusilə ilə də açıq sahədə  deyil istixanalarda ciddi problemə səbəb olur.Bu indiki vəzyətdə fermerlərin daha çox şikayət etdiyi sahədir ki hər il istixananin yerin ve ya torpağın dəyişmek çox xərc tələb edir.Bu istixana şəraitində bitkini növbəti il əkdikdə bildiyimiz o göbələk xəstəlikləri bitkinin kökündə yayılmaya başlayır ki, əmici tellərin sorduğu su vasitəsilə yarpaqlara qalxır və istixana da yüksək temperatur  olduğundan buxarlanma baş verir ki, həmin bitki o göbələləklərin ifraz etdiyi turşunu buxarlandırır ve bitkinin əvvəl yarpaqları, sonra gövdəsi yanmağa başlayır.Bunun müalicəsi olaraq funqisidlər  vasitəsilə torpağa əkindən əvvəl sonra isə əkin vaxtı 3-4 dəfə istifade etmək lazımdır.Bundan sonra artıq həmin istixananın torpağın dəyişməsinə ehtiyac yoxdur.

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)