Nar
19:01, 07 fevral 2021
821
0

Nar bitkisinin təsviri


Nar (Punica L.) öz adını daşıyan (Punicaceae Horan.) fəsiləyə daxildir.Meyvə bitkisi kimi becərilən bir növ – adi nar daha böyük əhəmiyyət kəsb edir.

Adi nar (P.granatum L.) yabanı halda Azərbaycanda geniş yayılmışdır. 2-5 m hündürlükdə koltipli ağac bitkisidir.Yerüstü hissədə 8-12 ədədə qədər çoxillik gövdə yaradır.Gövdə və budaqları tikanlıdır.Yarpaqları xırda, lanset formalı ilk əmələ gələn vaxtlar qırmızımtıl- qəhvəyi  rəngli, sonralar isə yaşıl rəngli olub zoğ üzərində qarşı-qarşıya oturur. Zoğlar da budaq üzərində eyni qayda ilə düzülür. Narda iki tipdə adi və həlqəli meyvə budaqcığı üzərində olan çiçəklər daha tez açılır və ilk meyvə bağlayır.Zəif inkişaf etmiş həlqəli meyvə budaqcığında olan çiçəklər bir qədər gec açılır və onların çox qismi (85-95 %) tökülür. Adi meyvə budaqcığı üzərində olan generativ tumurcuqlar da bir qədər gec açılır. Buna görə də narda çiçəkləmə 2-3 aya qədər davam edir. Çiçəkləri iri, sərbəst ləçəkli, kasa yarpaqları ətli, çiçək yatağı enli olub hamısı qırmızı rənglidir.Xarici görkəminə görə onlar iki tipdə-zəngşəkilli və küpşəkilli olurlar.

Meyvəsi dəriləşmiş giləmeyvədir.Meyvənin içərisi 5-8 kameradan ibarət olur. Gilələr ətli çiçək yatağında yerləşir.

Narın kök sistemi geniş, saçaqlı, dərinə işləyən olur. Nar bir qayda olaraq odunlaşmış çiliklərlə artırılır.

Nar sortları 500-dən artıqdır.Ölkəmizdə yerli sortlarla  (Azərbaycan gülöyşəsi, Çəhrayı gülöyşə, Qırmızı qabıq, Nazik qabıq, Bala mürsəl, Şah nar və s.) yanaşı gətirilmə (VİR-1,Kazake-Anor, Nikitskiy 125, Vanderfull, Meyxoş və s.) sortlar da geniş becərilir.

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)