Fındıq
Fındıq bitkisinin təsviri
Fındıq(Corylus L.) tozağacı (Betulaceae Ş.F.Gracy) fəsiləsinə aid olub 20-yə qədər növü vardır. Mədəni halda becərilən bir növ-adi fındıq (C.avellana L.) 5-9 m hündürlükdə, 8-9 gövdəli koltipli ağac bitkisidir. Zoğları qırmızımtıl-qəhvəyi rəngli, üzəri codur, zərif tüklüdür. Budaqları hamar, boz rəngli, tumurcuqları xırda, oval formalı, zərif tüklü, qırmızımtıl-yaşıl rənglidir. Yarpaqları iri, kənarı dişli, üst hissəsi yaşıl, alt tərəfdən boz yaşıl rəngli, pənbəlidir. Bitki birevli, çiçəkləri ayrı cinsiyyətlidir. Erkək çiçək topası sırğa tipli olub budağın böyründə yerləşir. 3 ədəd dişi çiçək tumurcuğu bir yerdə yerləşir və onlardan yanlız iki kənardakılar açılaraq çiçək verir. Orta tumurcuq normal inkişaf etmədiyindən açılmır.
Meyvəsi bir toxumlu quru meyvədir. Meyvənin üzərini müxtəlif uzunluqda olan don (qərzək) örtür
Kök sistemi səthidə yerləşir, çoxlu pöhrə verir.
Fındıq bitkisi kök pöhrəsi, basma və kolların bölünməsilə artırılır.
Ölkəmizdə uzun müddətli seçmə nəticəsində çoxlu sayda xalq seleksiya sortları - Ata-baba (Azərbaycan brendi), Yağlı fındıq, Gəncə fındığı, Əşrəfli, Qalib, Qızıl, və d. sortları yaradılmışdır. Eyni zamanda bir sıra gətirilmə sortlar da (Kudryavçik Çerkezskiy) təsərrüfatlarda becərilir.
Son üç ildə İtaliyanın Ferero Şirkətinin məhsulu kimi Tək gövdəli üç adda yeni fındıq sortları ölkəmizə gətirilmişdir. Güclü kök sisteminə malik olan bu ağaclar keyfiyyətli və yüksək məhsul verir. Tonda Gifoni, Tonda Nokiani, Romana (tozlayıcı) ağacların əkin sxemi 5 metrə cərgə arası, 3 metrə bitki arası məsafə saxlanılmaqla nəzərdə tutulur. Ağacların yanında yeni pöhrələr əmələ gəlmir. Bu sxemlə bir hektara 660 ağac əkilir. Bu sortlardan iki illik tinglər əkildikdə birinci ildən məhsul verir.
Mövzu linkləri:
Həmçinin oxuyun:
Qoz bitkisinin təsviri
Böyümə xarakterinə görə müxtəlif bioloji formaların ayrılması.
Alma və armud ağaclarının budanması
Heyva bitkisinin təsviri
Amerika ağ kəpənəyi
Pomidorda Boz çürümə xəstəliyi
Tuta absoluta və onunla effektiv mübarizə
Zoğal bitkisinin təsviri
Badam bitkisinin təsviri
Gavalı bitkisinin təsviri
Armud bitkisinin təsviri
Gilas bitkisinin təsviri