Heyva
01:10, 29 yanvar 2021
905
0

Heyva bitkisinin təsviri


Heyva cinsi (Cydonia Mill) cinsi monofiletik mənşəlidir. Yalnız bir növü (adi heyva –C.oblanqa Mill) mövcuddur.

5-6 m hündürlükdə kol tipli ağac bitkisidir. Tam formaşmış zoğ, tumurcuq, yarpaq, meyvəçilik və meyvə sıx pənbəli, tüklüdür. Çiçəkləri tək- tək və iridir. Çiçək ləçəyi yarpaqlar açıldıqdan sonra açılır. Birillik boy artımlarında və nizə meyvə budaqcığında məhsul verir. Daha məhsuldar budaqlar, boyu 50 sm qədər olan boy artımlarıdır, belə budaqlar üzərində olan vegatativ və generativ tumurcuqlar bir birindən az fərqlenirlər. Bitki yaşlandıqca kolda daha çox yaşlı meyvə budaqcıqları (əsasən nizə) tipli əmələ gəlir. Kök sistemi saçaqlı və səthdə yerləşir. Tək-tək köklər 2-3 m - ə qədər dərinə gedə bilir.

Heyva  bitkisi toxumla, calaqbasma, pöhrə və çiliklə artırılır. Calaqaltı kimi heyvanın müxtəlif tiplərindən istifadə edilir.  



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)