Ərik
01:03, 29 yanvar 2021
602
0

Ərik bitkisinin təsviri


Ərik , gülçiçəklilər (Rosceace) fəsiləsinə aid olub cinsin adı Armeniaca Scop. - dur. Əsasən üç növü geniş yayılıb. Adi ərik (A.vulqaris Lam.), Sibir əriyi (A.Sibirica Lam), Mancur əriyi (A.Manschurica Skvoriz). Adi ərik 10-15 m hündürlüyə qədər, Geniş çətirli, möhtəşəm uzun ömürlü agacdır. Əsas əlamətlərindən biri cavan ağaclarda tumurcuqların faraş yetişməsi, onların yüksək oyanma və zoğ əmələ gətirmə qabiliyyətidir. Yaşlandıqca ağacların zoğ əmələ gətirmə qabiliyyəti azalır. Lakin zoğ bərpa etmə qabiliyyəti uzun müddət qalır. Vegetasiya dövründə 2-3 dalğa boya malikdir. Məhsul əsasən mahmız və dəstə meyvə budaqcıqlarında, qismən isə birillik boy artımlarında yaranır. Vegetativ və generativ tumurcuqlar budaqda tək-tək və qruplarla ardıcıl (serial) və köndələn (kolloterial) yerləşir.

Kök sistemi geniş, milköklü və dərinə işləyəndir.

Calaqla artırılır. Calaqaltı kimi ərik, şaftalı, alça, badam və gavalıdan istifadə edilir.

Ərik sortları çoxdur və respublikamızın əksər bölgələrində geniş becərilir .




Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)