Şaftalı
00:54, 29 yanvar 2021
436
0

Şaftalı bitkisinin təsviri


Şaftalı, gülçiçəklilər (Rosaceae) fəsiləsinə aid olub cinsi adı Persica Mill –dir. 6 növü məlumdur. Adi şaftalı (P.vulqaris Mill ) 3-8 m hündürlükdə ağac, bəzən isə kol tipli ağacdır. Çətri sortlardan asılı olaraq seyrək, kürə, sallaq və yığcam formalı olur. Tez böyüyən, yüksək zoğ vermə qabiliyyətli , tez məhsula düşən, lakin nisbətən az ömürlü bitkidir.Tumurcuqların oyanma qabiliyyəti yüksək olduğundan çətir qısa müddətdə sıxlaşır, nəticədə şah budaq rəqabətdən məhv olur, skelet budaqlar lütləşir, çətir daxili boşalır.

Məhsul əsasən birillik (sadə və mürəkkəb), qismən isə çoxillik (dəstə) meyvə budaqcıqlarında yaranır.

Çiçəkləri iki tipdə -iri, qızılgül formalı və xirda, zəng formalı olmaqla çəhrayı və qırmızı rənglidir. Meyvəsi iri və müxtəlif formalıdır. Meyvə qabığı əksər sortlarda xirda tüklüdür.



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)