Zoğal
01:05, 06 fevral 2021
841
0

Zoğal bitkisinin təsviri


Zoğal, çəyirdəkli meyvə bitkiləri qrupuna, zoğal (Cornaceae Link.) fəsiləsinə, Cornus L. Cinsinə daxildir. Ölkəmizdə geniş yayılmış növü –adi zoğal (c. Mas L.) 3-10 m-ə qədər hündürlükdə koltipli ağac bitkisidir. Kök boğazından bir neçə gövdə yan budaqlanmalar əmələ gətirərək çətrin aşağıdan başlamasına səbəb olur. Güclü zoğ əmələgətirmə və zoğ bərpa etmə qabiliyyətinə malikdir. Yarpaqları oval formalı, sivri uclu, kənarı bütövdür. Vegetativ tumurcuqlar iri və yumrudur. Birillik boy artımları, qismən isə gödək (2-5 sm) qarışıq meyvə budaqcığında məhsul verir. Çiçəkləri, çətir tipli çiçək topasında 8-24 ədəd olmaqla,sarı rəngli, xırda, iki cinslidir. Çiçəklənmə fevral-mart ayarında başlayır və uzun müddət (15-70 gün) davam edə bilir. Meyvələr mədəni formalarda yayda (avqust), yabanı formalarda isə payızda (sentyabr-oktyabr) yetişir. 

Kök sistemi saçaqlı və səthidir.

Zoğal əsasən basmalarla, bəzən isə toxum, çillik  və calaqla artırılır. Calaqaltı olaraq zoğal toxmacarlarından istifadə edilir.

Sortları az, formaları isə çoxdur. Bunlar, rənginə və meyvələrinin formasına görə fərqlənirlər. (Qara zoğal, Kəhraba zoğal, İri meyvəli, Armudu və s.).


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)