Qoz
00:51, 06 fevral 2021
696
0

Qoz bitkisinin təsviri


Qoz, qərzəkli meyvə bitkiləri qrupuna aid olub qoz  (Juqlandaceae Lindl.) fəsiləsinə, Juqlans  L. Cinsinə daxildir. Bu cinsin 40-a qədər növü mövcuddur. Ölkəmizdə geniş becəriləni yunan qozudur.

Yunan qozu (J.regia L.) hündür boylu (25-30), güclü və möhtəşəm ağacdır. Çətri geniş, kürə şəkilli, dağınıq və sıx budaqlıdır. Budaqları boz rəngli, zoğları sarımtıl-qəhvəyi rəngli və hamardır. Yarpaqları saplaq üzərində 5-9 ədəd olmaqla qarşı-qarşıya düzülmüş mürəkkəb yarpaqdır. Vegetativ tumurcuqlar nisbətən xırda olub budağın təpəsində və ya ona yaxın yerdə olur.

Generativ tumurcuqlar iki tipli-erkək və dişi tiplidir. Erkək çiçək tumurcuğu sadə olub budağın böyründə, dişi çiçək tumurcuğu isə mürəkkəb olub budağın təpəsində yerləşir.Erkək çiçək tumurcuğu açıldıqda sırğa tipli çiçək topası, dişi tipli çiçək tumurcuğu açıldıqda zoğ , yarpaq və qırmızımtıl –yaşıl rəngli çiçək verir. Çiçəklər topa şəklində və ya tək-tək yerləşirlər. Küləklə tozlanır. Meyvəsi quru meyvədir. Qabığı qalın, ləpəsi çətin çıxan qoz sortlarına çətənə,qabığı nazik, ləpəsi asan çıxanlara kağızı sortlar deyilir.

Kök sistemi güclü, geniş, saçaqlı və dərinə işləyəndir. Köklərin əsas kütləsi 60-80 sm-lik qatda yerləşir. Üfiqi köklərin yayılma radiusu çətrin diametrindən 3-4 dəfə böyükdür.

Qoz bitkisi toxum və calaqla artırılır.Toxumla caqlaqla artırılan sortlar irsi əlamətlərini çox zaman saxlaya bilmir və məhsula olduqca  gec (10-15 ildən sonra) düşürlər.Calaqla artırılma zamanı calaqaltı məqsədilə qoz toxmacarlarından istifadə edilir. Toxmacrlarla əsasən  ‘lülə’  göz calağı vurulur.

Ölkəmizdə xalq seleksiyası sortları (Qum, Car, Dindi, Vənənd, Disar, Araz, Suğra və d.) ilə yanaşı gətirilmə Krasnodarest, Desertnıy, Zarya Vostoka, Avrora sortları və intensiv tipli İdeal sortu da  becərilir.

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)