Pomidor / İstixana Pomidor
Tuta absoluta və onunla effektiv mübarizə
Tuta absoluta pomidor üçün ən güclü zərərvericilərdən hesab olunur.Tuta absoluta Cənubi Amerika mənşəli olub 2006-ci ilin sonuna doğru Avropada özünü göstərmeye başlayıb.Tuta absolutanın 4 mərhələsi var ki , bu mərhələlərin hər birində pomidor bitkisinə ciddi ziyan vura bilir.Tuta absolutanın aşağıdakı tempuraturlarda yaşama müddəti qeyd edilmişdir.
+ 40 C -də - 73-76 gün
+ 20 C -də - 20-24 gün
+ 27 C-də - 25-27 gün
Bu tempuraturlarda tuta absoluta 1 il ərzində 9 nəsil əmələ gətirə bilir ki bu da pomidor bitkisinin bütün mərhələlərində ciddi ziyan vura bilir.
Tuta absolutanın pomidor bitkisindəki simptomları.
Deşik işarələri , anormal forma , çıxış deşikləri və bundan əlavə olaraq müşahidələr və tədqiqatlar nəticəsində , bitkini yeyen həşərat bitki hissələrini həzm etdikdən sonra tullantı kimi incə toz halında nəcisini də görmək olur. Bundan əlavə tuta absolutanın gənc süfrələrini və yumurtalarını tapmaq çətindir. Hücuma məruz qalan pomidorun meyvələri salxımda bir birinə dəyən yerlərde çürüməyə başlayır , bu da tuta absolutanın verdiyi ciddi ziyan sayılır. Tuta absolutanın +20 C - də yaşama müddəti 36-40 gün davam edir ki , o bildiyimiz kimi 4 mərhələnin hər birində.
Yumurta mərhələsi 10-14 gün
Sürfə mərhələsi 6-8 gün
Pup mərhələsi 10 gün
Yetkin fərd erkək 7-8 gün
Yetkin fərd dişi 13-15 gün müddətdə yaşayıb inkişaf edib ömürlərini başa vururlar . Hər bir dişi fərd yaşama boyunca 260-a qədər yumurta qoya bilir.
Hal-hazırda bu həşəratla mübarizədə nadir hallarda istifadə olunan ama çox effektli olan yeni nəsil feromonlardan istifadə olunur ki bu da Yaponiyada tədqiq olunmaqdadır . Yaponiyada nanotexnologiyanın ixtiralarından biri olan bu üsulla Tuta absoluta ilə effektiv mübarizə aparılır. 2021-ci ilin sonuna qədər bu Yeni Feromon Azərbaycanda qeydiyyatdan keçdikdən sonra, fermerlərimizə əl çatan olacaq.
Mövzu linkləri: