Kivi
23:44, 14 fevral 2021
559
0

Aktinidiya (kivi) bitkisinin təsviri


Aktinidiya, öz fəsiləsinə (Actinidiaceae Tiegh.) daxil olub cinsi adı Actinidia Lindl.-dir. Bu cinsin 36-a qədər növü vardır. Bu növlərin əksəriyyəti Şərqi Asiya ölkələrində yayılmışdır. Bunlardan respublikamızın rütubətli və yarımrütubətli subtropik bölgələri üçün daha perspektivli olan növü- Kivi ( Actinidia deliciosa A.Chev.) adı ilə məşhurlaşan növ sayıla bilər.

Kivi sarmaşan (lian) bitkisidir. Gövdənin diametri 20sm-ə qədər olub uzun ömürlü bitkidir. Eyni yerdə 40 ilə qədər becərilə bilir. Meyvələri oval formalı, nazik qabıqlı, üzəri xırda qəhvəyi rəngli sıx tükcüklüdür. Meyvə ləti parlaq yaşıl rəngli, ətirli,  şirəli və xoş tamlıdır. İkievli bitkidir. Ona görə də plantasiya salınarkən hər 5-6 cərgədə dişi çiçəkli bitkiyə bir cərgə erkək çiçəkli bitki əkilməlidir. Çiçəkləri ağ rəngli, ətirlidir. Yarpaqları iri, uzunsov, oval formalı , tünd yaşıl rənglidir.

Kök sistemi saçaqlı olub səthidə (15-20 sm) yerləşir.

Kivi sortları nisbətən məhduddur. Onlardan daha geniş becəriləni iri meyvəli (120-170 q) Xayvard sortudur. Bu sortun meyvələri nəqliyyata və soyuducu kameralarda saxlanmaya yararlıdır. Bu sort üçün tozlayıcı sort kimi Tumori sortu istifadə edilir. Dünya ölkələrində bunlardan başqa Çiko- Hayvard, Abbot (ABŞ, İtaliya), Bruno, Matu, Mal de Semis (Fransa) sortları becərilir.

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)