Zeytun
12:24, 08 fevral 2021
557
0

Zeytun bitkisinin təsviri


Zeytun-Olea L. cinsi  öz adına daşıyan (Oleaceae Lindl.) fəsiləyə aid olub 80-dən çox növü məlumdur. Ölkəmizdə bunlardan yalnız bir növü-Avropa zeynutu becərilir.

Avropa zeytunu - O. europea L. uca boylu (2 m - ə qədər), sıx budaqlı, qışda yarpaqlarını tökməyən koltipli ağacdır. Gövdəsi və budaqları boz rəngli, yüngül cadarlıdır. Çətri sıx, kürə və oval formalıdır. Yarpaq lanset şəkilli, parlaq gümüşü rəngli olub zoğ üzərində qarşı-qarşıya düzülür. Bitki birevli, çiçəkləri ikicinsiyyətlidir. Çiçək topası salxımdır. Çiçəkləri xırda, ağımsov rəngli olub keçən ilki zoğ üzərində əmələ gəlir. Çiçəklər dörd və beşinci sıra budaqlar üzərində yaranır. Vegetasiya dövründə iki vegetativ boya malik olur. Birinci boy yazda (aprel) başlayır və iyuna qədər davam edir. İkinci boy isə iyul - avqustda gedir. Güclü pöhrə vermək qabiliyyətinə malikdir. Çiçəklənmə mayın sonu, iyulun əvvəllərində başlayır. Bir çiçəyin ömrü 3-4 gün, salxımın çiçəklənməsi 4-6 gün. Kütləvi çiçəkləmə 8-12 gün davam edir. Çiçəkləmə havanın temperaturu  15....20 dərəcə olduqda başlayır. Əsasən küləklə (anemofil) tozlanan bitkidir. Meyvələri uzunsov oval formalı, orta irilikdə (2-3,5) , yetişməmiş meyvələri yaşıl rəngli,yetişmiş meyvələri tünd- benövşəyi və qaramtıl rənglidir. Meyvə ləti zərif, yağlı, bənövşəyi damarlıdır. Bir meyvənin kütləsi 5-18 qr olur. Meyvəsi həqiqi meyvədir. Çəyirdəyi tünd-qəhvəyi rəngli və ya boz rəngli, üzəri xırda şırımlıdır. Meyvələri sortlardan asılı olaraq oktyabrdan dekabra qədər yetişir.



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)