Limon
Limon bitkisinin təsviri
Böyük xalq təsərrüfatı əhəmiyyətinə malik sitrus meyvələri zəngin kimyəvi tərkibi, yüksək qıdalılığı, diyetik və aromatik xüsusiyyətinə görə çox qiymətlidir.Vitaminlərlə zənginliyi, efir yağlarına malik olması, saxlanma və emal zamanı tərkibini nisbətən sabit saxlaması bu bitkilərin tibbi əhəmiyyətini də artırır.
Sitrusların mədəniləşmə mərkəzlərinin hələ də ayınlaşdırılmaması və onlara yabanı şəkildə heç bir yerdə rast olunmaması, onların müxtəlif subtropik və tropik bölgələrdə formalaşması qənaətinə gəlməyə imkan verir. Belə ki, şirin portağalın cənub-şərqi Asiyada, naringinin Filippində, sitron, limon, həm də ola bilər ki, portağalın Hindistanda, pompelsumun Zond adalarında əmələ gəldiyi ehtimal edilir .
Limon ( Citrus limon (L.) Burn) 3-5 m hündürlüyündə koltipli ağac bitkisi olub yalnız mədəni halda rast olunur. Güman olunur ki, limon sitronun mutasiya dəyişkənliyindən yaranmışdır. Yarpaqları uzunsov –yumurtavari, açıq- yaşıl rəngli olub zoğ üzərində tək-tək yerləşir. Yarpaq saplağı gödəkdir. Əksər sortları tikanlıdır. Çiçəkləri iri, ağ rəngli, tək-tək və qruplarla yerləşir. Erkəkcikləri 20-30 ədəd olub dəstə halındadır. Çiçəkləri üçüncü- dördüncü budaqlanmadan sonra əmələ gəlir. Meyvələri sortlardan asılı olaraq 30-40 qr –dan 500-600 qr-a qədər olur. Adətən oval və ya yumurtavari formalı olub əksər sortlarda meyvələrin ucu əmziklidir. Limon uzunömürlü (100 il və daha çox) bitkidir. Vegetativ artırılmış bitkilər 2-4 yaşından məhsula düşür.
Mövzu linkləri:
Həmçinin oxuyun:
Fındıq bitkisinin təsviri
Nar bitkisinin təsviri
Şərq xirniyi bitkisinin təsviri
Qoz bitkisinin təsviri
Alma və armud ağaclarının budanması
Böyümə xarakterinə görə müxtəlif bioloji formaların ayrılması.
Badam bitkisinin təsviri
Feyxoa bitkisinin təsviri
Amerika ağ kəpənəyi
Zoğal bitkisinin təsviri
Pomidorda Boz çürümə xəstəliyi
Tuta absoluta və onunla effektiv mübarizə