Naringi
Narıngi bitkisinin təsviri
Böyük xalq təsərrüfatı əhəmiyyətinə malik sitrus meyvələri zəngin kimyəvi tərkibi, yüksək qıdalılığı, diyetik və aromatik xüsusiyyətinə görə çox qiymətlidir.Vitaminlərlə zənginliyi, efir yağlarına malik olması, saxlanma və emal zamanı tərkibini nisbətən sabit saxlaması bu bitkilərin tibbi əhəmiyyətini də artırır.
Sitrusların mədəniləşmə mərkəzlərinin hələ də ayınlaşdırılmaması və onlara yabanı şəkildə heç bir yerdə rast olunmaması, onların müxtəlif subtropik və tropik bölgələrdə formalaşması qənaətinə gəlməyə imkan verir. Belə ki, şirin portağalın cənub-şərqi Asiyada, naringinin Filippində, sitron, limon, həm də ola bilər ki, portağalın Hindistanda, pompelsumun Zond adalarında əmələ gəldiyi ehtimal edilir .
Narıngi - Citrus reticulata Blanco bitkisi 2-3 m hündürlükdə olub seyrək və dağınıq çətrə malik kol tipli ağacdır. Gövdə qabığı bozumtul-qaradır. Cavan zoğları yaşıl rənglidir. Yarpaqları tünd yaşıl, uzunsov oval formalı, ucu sivridir. Yarpaq saplağı qanadlıdır. Çiçəkləri xırda, tək-tək və ya 3-5 ədəd olmaqla qruplarla yerləşir. Ətirli, açıq çəhrayı və ağ rənglidir, yarpaq qoltuğunda yerləşir. Bitki birevli, çiçəkləri ikicinslidir. 5 ədəd kasa yarpağı, 5 ədəd ləçək yarpağı, 1 dişiciyi və çoxlu erkəkciyi var. Erkəkciyin toz hissəsi toz vermir. Bakirə (Partenokarp) meyvə yaradır. Bəzi sortları mayalanma getmədən, vegetativ sitimulyasiya nəticəsində yumurtalıqda qız hüceyrələrin bölünməsi hesabına, həyat qabiliyyətli toxumu olan meyvələr yaradır. Bu prosesə apomiksiya deyilir.
Meyvələri sortlardan asılı olaraq xırda, orta və iri olur. Diametri 6-8 sm-ə qədər olub yumru, yastı uzunsov, armudvari formalıdır. Meyvə qabığı parlaq, narıncı-sarı rəngli, şirin , turşməzə tamlıdır. Əksər meyvələr toxumsuz olur. Qabığı lətdən asan ayrılır, meyvə 9-13 dilimdir.
Narıngi qışda yarpaqlarını tökməyən bitkidir. Bir yarpağın ömrü şəraitdən asılı olaraq 3-4 ildir. Zoğlar birqayda olaraq 2 boy dövrünə malik olur. Birinci boy yazda (mart) başlanır və iyula qədər davam edir, ikinci boy isə ( ikinciyə nisbətən zəifdir) avqustda başlayır və oktyabrın ortalarına qədər davam edir.
Narınginin çiçəklənməsi aprel-may aylarından iyunun sonuna qədər, meyvələrin yetişməsi isə sortlardan asılı olaraq, oktyabrdan dekabrın sonuna qədər davam edir.
Narınginin çiçəklənməsi aprel-may aylarından iyunun sonuna qədər, meyvələrin yetişməsi isə sortlardan asılı olaraq, oktyabrdan dekabrın sonuna qədər davam edir. Narınginin kök sistemi çox dərinə işləməyən və geniş yayılan olur. Üfüqi köklər çətrin proyeksiyasının 2-2.4 dəfə çox yer tutur. Əksər köklər ( 80-85% ) 25 sm-ə qədər dərinlikdə yerləşir. Ayrı- ayrı şaquli köklər 60-70 sm-ə qədər dərinə işləyə bilir.
Sortları çox olduğundan onları əmələgəlmə xarakterinə 7 qrupa aid edirlər. Bunlardan ölkəmizdə daha çox Kovano-vase Ovari, Silverxil, Klementin və d. becərilir.
Naringi əsasən calaqla artırılır. Açıq şəraitdə becərilmək üçün narıngi sortları üçyarpaq cır limona (trifoliata) calanır.
Mövzu linkləri:
Həmçinin oxuyun:
Portağal bitkisinin təsviri
Limon bitkisinin təsviri
Şərq xirniyi bitkisinin təsviri
Böyümə xarakterinə görə müxtəlif bioloji formaların ayrılması.
Badam bitkisinin təsviri
Fındıq bitkisinin təsviri
Nar bitkisinin təsviri
Alma və armud ağaclarının budanması
Qoz bitkisinin təsviri
Zeytun bitkisinin təsviri
Feyxoa bitkisinin təsviri
Amerika ağ kəpənəyi