Şabalıd
Şabalıd bitkiinin təsviri

Şabalıd, (Castaneae (Tourn.) Mill.) fıstıq (Faqaceae) fəsiləsinə daxil olub 14 növü vardır.Ölkəmizdə bunlardan yalnız biri- adi şabalıd (C.sativa Mill.) təbii halda yayılmışdır. Bitki 30-35 m hündürlükdə ağacdır. Gövdəsi düz, gözəl qamətli, geniş kürə şəkilli çətrə malikdir. Cavan zoğları qırmızı-qəhvəyi rəngli, zərif tüklüdür. Yarpaqları iri, sadə quruluşlu, tünd yaşıl rəngli, dişli, qalındır.
Bitki birevli, çiçəkləri ayrı cinsiyyətlidir. Budağın təpəsində yerləşən erkək çiçək tumurcuqları sadə tipli olduğundan açıldıqda uzun, sırğa şəkilli, ağımtıl-sarı rəngli, ətirli çiçək topası yaradır. Mürəkkəb tipli dişi çiçək tumurcağı açıldıqda zoğ üzərində dixaziy tipli, 2-3 çiçəkli çiçək topası yaradır. Meyvəsi, tikanlı qərzəyin içərisində yerləşir.
Kök sistemi geniş və dərinə işləyəndir.
Şabalıd toxum və calaqla artırılır. Toxmacarlara adi və ya “lülə” göz calağı vurulur. Sortları məhdud miqdardadır. Əsasən Bərquhəva sortu, İrimeyvəli, Xırdameyvəli formaları becərilir.
Mövzu linkləri:
Həmçinin oxuyun:

Qoz bitkisinin təsviri

Fındıq bitkisinin təsviri

Badam bitkisinin təsviri

Feyxoa bitkisinin təsviri

Nar bitkisinin təsviri

Gilas bitkisinin təsviri

Şaftalı bitkisinin təsviri

Ərik bitkisinin təsviri

Böyümə xarakterinə görə müxtəlif bioloji formaların ayrılması.

Armud bitkisinin təsviri

Zoğal bitkisinin təsviri

Gavalı bitkisinin təsviri