Alma
Alma bitkisinin təsviri

Alma (Malus Mill) cinsinin Yer kürəsinin müxtəlif bölgələrində yayılmış 25 növü məlumdur.
Mədəni alma (M. Domestica Borkh.) bir qrup yabanı növün təbii hibridi sayılır. Ağacların hündürlüyü 6-10 m - ə qədərdir. Sortlardan asılı olaraq çətiri müxtəlif formalarda ( kürə, sallaq, ehram və s. ) olur. Çətiri skelet, yarımsklet budaqlardan, meyvə budaqcıqları və zoğlardan təşkil olunur. Meyvə budaqcıqları 3 tipdədir :
1.Həlqəli meyvə budaqcığı; 2. Nizə meyvə budaqcığı; 3. Uzun meyvə budaqcığı.
Meyvə budaqcıqları əksər sortlarda uzun ömürlü ( 5-15 il) olub yaşdan asılı olaraq müxtəlif sıralanmalara malikdir. Bu sıralanmalar ya bir tipli və yaxud qarışıq tipli meyvə budaqcıqlarından təşkil olunur. Belə sıralanma beşə qədər ( yəni 5 yaşlı ) olarsa bunlar sadə, beşdən artıq olduqda isə mürəkkəb meyvə budaqcığı adlanır.
Almanın çiçək tumurcuğu mürəkkəb tipli olub meyvə budaqcığının təpəsində yerləşir. Çiçək topası çətirdir. Sortlardan asılı olaraq özübarlı və özübarsız olur. Həşəratla tozlanır.
Calaqaltıdan asılı olaraq kök sisteminin inkişafı müxtəlif olur. Toxmacara calanmış alma mil köklü olmaqla torpağın 6-10 m dərinliyinə qədər gedə bilir.Üfqi köklər 5-10 m - ə qədər aralanır. Ümumiyyətlə üfqi kökləri diametri çətrin diametrindən 2-3 dəfə artıq olur.
Vegetativ artırılan ( klon ) calaqaltılar üzərində olan alma səthi kök yaratmaqla, nisbətən məhdud yayılma sahəsinə malik olur. Əsasən calaqla artırılır.
- Alma bitkisi üçün istifadə edilən calaqaltılar boylarına görə 4 qrupa ayrılır:
- Gödək boylular - M-8, M-9, MM-106, M-26, PK, B-2-21, B-9-19;
- Orta boylular - M-2, M-3, M-4, M-5, M-7, MM-104, MM-109, MM-111
- Güclü boylular - Cır Hacı və Sarı turş sortlarının toxmacarı, M-1, M-6, M-10, M-11, M-14, M-15, A-2;
- Çox güclü boylular - cır meşə alması toxmacarı, M-12, M-13, M-16.
Mövzu linkləri:
Həmçinin oxuyun:

Portağal bitkisinin təsviri

Narıngi bitkisinin təsviri

Nar bitkisinin təsviri

Alma və armud ağaclarının budanması

Şaftalı bitkisinin təsviri

Böyümə xarakterinə görə müxtəlif bioloji formaların ayrılması.

Heyva bitkisinin təsviri

Zeytun bitkisinin təsviri

Limon bitkisinin təsviri

Qoz bitkisinin təsviri

Zoğal bitkisinin təsviri

Fındıq bitkisinin təsviri