Limon / Portağal / Naringi
Sitrus bağlarında əsas problemlər

Azərbaycanda sitrus bitkiləri içərisində ən çox narıngi,portağal və limon bağları mövcuddur və yeni bağlar salınmaqdadır. Bu bitkilərin ölkəmizdə yüz illərlə becərilməsinə baxmayaraq, budanması, xəstəlikləri və zərərvericiləri haqda fermerlərin çox az məlumatları var.
Mütəxəsislərimiz ölkəmizin cənub rayonlarını monitorinq etdiyi zaman məlum oldu ki, sitrus bağlarında fermerlər bir çox problemlərlə üzləşirlər. Problemlərdən birisi kimi Aqronomların çatışmamazlığı, Pestisidlərin xəstəlik və ziyanvericilərə yaxşı təsir etməməsini dedilər.Bu problemlərin hələ də həlli yollarının tapa bilmədiklərini söyləyirlər.
Sitrus bağlarında müşahidə etdiyimiz və bağ sahiblərini ən çox narahat edən problemlərdən bir neçəsi aşağıdakılardır :
- Meyvələrin tökülməsi
- Ziyillik
- Yaşıl kif,mavi kif
- Daşlama
- Qəhvəyi çürüklük
- Sitrus ağqanadlısı
- Sitrus unlu yastıcası
- Sitrus mənənəsi
- Sitrus gənəciyi
- Yumşaq çanaqlı yastıcası
Fermerlərin yuxarıda sadaladığı və yaşadıqları problemlər səbəbindən hər il tonlarla məhsulları zay olur, məhsuldarlıq aşağı düşür və bunun nəticəsində maya dəyəri yüksək olduğu üçün bazarda rəqabət apara bilmirlər.
Sitrus bağların sahiblərinə qarşılaşdıqları bütün problemləri həll etməyə və məhsuldarlığı yüksəltməyə kömək etməyə bir BAM komandası olaraq , mütəxəssislərimiz hər zaman hazırdı.







Mövzu linkləri:
Həmçinin oxuyun:

Narıngi bitkisinin təsviri

Portağal bitkisinin təsviri

Çiyələk bitkisində boz çürümə xəstəliyi

Çiyələk bitkisində boz çürümə xəstəliyi

Alma və armud ağaclarının budanması

Pomidorda Boz çürümə xəstəliyi

Nümünəvi fındıq bağları

Limon bitkisinin təsviri

Böyümə xarakterinə görə müxtəlif bioloji formaların ayrılması.

Xiyarda boz çürümə

Fındıq bitkisinin təsviri

Nar bitkisinin təsviri